Albaniya yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib. Fanat.Az cxbər verir ki, "Qarabağ"ın albaniyalı müdafiəçisi Ansi Aqollinin komandası səfərdə Lixtenşteynlə qarşılaşıb.
Aqollinin kənardan izlədiyi oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Neftçi"nin müdafiəçisi Vançe Şikovun formasını geyindiyi Makedoniya yığması İsrail millisinin qəbul edib. Start heyətində meydana çıxan Şikov, 51-ci dəqiqədə əvəzlənib, komandası isə uduzub – 1:2.
Fanat.Az