"Böyük dövlətlər beynəlxalq hüququ unudub. Özlərinə lazım olanda yadlarına düşür"

"Böyük dövlətlər beynəlxalq hüququ unudub. Özlərinə lazım olanda yadlarına düşür"
10:22 7 Oktyabr 2016
19 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bu gün Azərbaycanın sosial, siyasi və iqtisadi sahədə nə qədər inkişaf yolu keçdiyi göz qabağındadır. Azərbaycan bu gün dünyaya özünün inkişaf modelini təqdim edir".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər" mövzusunda Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr edilmiş konfransda deyib.

N.Məmmədov bildirib ki, beynəlxalq təşkilatlar da Azərbaycanın inkişafını yüksək qiymətləndirir: "Hazırda Azərbaycan qara qızılı insan kapitalına çevirmək yolu ilə gedir. Təhsilə, müasir texnologiyalara qoyulan investisiyalar artırılır, iqtisadiyyatın diversifikasiya edilməsi istiqamətində addımlar atılır. Azərbaycan öz peykini artıq orbitə buraxıb".

PA rəsmisi qeyd edib ki, Azərbaycan milli maraqlara əsaslanan daxili və xarici siyasət aparır: "Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan yeganə ölkələrdəndir ki, həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına müvəqqəti sədrlik etməsi mühüm hadisə idi. Azərbaycana bu etimadın göstərilməsi sübut etdi ki, ölkəmiz həm regionda, həm də beynəlxalq aləmdə öz siyasətinə görə rəğbətlə qarşılanır. Azərbaycan kiçik dövlət olsa da beynəlxalq sülhün və sabitliyin təmin olunması üçün beynəlxalq antiterror koalisiyasının fəal üzvüdür. Ölkəmiz eyni zamanda regionda mühüm əhəmiyyət daşıyan üçtərəfli əməkdaşlıq formatlarının təşəbbüskarıdır. Azərbaycan-İran-Rusiya, Azərbaycan-Türkiyə-Gürcüstan və digər formatlar həm regionda, həm dünyada sülhün və sabitliyin təmin edilməsi üçün əhəmiyyətli formatlardır".

N.Məmmədov əlavə edib ki, dünyada bu gün beynəlxalq hüquqa hörmət unudulub: "SSRİ və Varşava sistemləri dağılandan sonra böyük dövlətlər beynəlxalq hüququ unudub. Özlərinə lazım olanda yadlarına düşür. Bu isə təhlükəli tendensiyadır".

Enerji məsələlərində də mühüm rol oynayır. Azərbaycan eyni zamanda müxtəlif sivilizasiya və mədənitlərin isrini qoruyub saxlayır. Şərqdə ilk dəfə qadınlara səs vermək hüququ verib. Bu sahədə hətt Avropa dövlətlərindən də qabqdadır. Beynəlxalq konfranslar, sammitlər, konfranslar keçirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/476906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR