Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda "Qlobal və regional arenada Azərbaycanın rolu: reallıqlar və perspektivlər" mövzusunda konfrans keçirilir

Bakıda "Qlobal və regional arenada Azərbaycanın rolu: reallıqlar və perspektivlər" mövzusunda konfrans keçirilir

Elmar Məmmədyarov Franko Frattini qəbul etdi (16 Mart 2017 19:12)
Prezident İlham Əliyev V Qlobal Bakı Forumunda iştirak edib (16 Mart 2017 10:41)
Bakıda Dağlıq Qarabağ münaqişəsi ilə beynəlxalq konfrans keçirilir - FOTO (14 Mart 2017 12:42)

Tarix: 7 Oktyabr 2016 10:22

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə "Qlobal və regional arenada Azərbaycanın rolu: reallıqlar və perspektivlər" mövzusunda konfrans keçirilir.
"Report" xəbər verir ki, tədbirdə çıxış edən SAM direktoru Fərhad Məmmədov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışıb.
Sonra Prezident Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədov çıxış edərək Azərbaycanın müstəqillik əldə etməsinin əhəmiyyətindən və ölkənin geridə qalmış bu müddətdə keçdiyi yoldan danışıb.
Qeyd edək ki, konfransda Türkiyə, Qazaxıstan, Macarıstan və digər ölkələrin beyin mərkəzlərinin rəhbərləri, eləcə də Azərbaycanda qeydiyyatdan keçmiş xarici ölkələrin səfirləri iştirak edir.
Birgünlük konfrans işini "Qlobal arenada Azərbaycan: nailiyyətlər və çağırışlar", "Azərbaycan yol ayrıcında: regional miqyas" mövzularında müzakirələrin aparılmasıyla davam etdirəcək.

Teqlər:  Bakıda Qlobal regional arenada Azərbaycanın rolu reallıqlar perspektivlər mövzusunda konfrans keçirilir



RƏYLƏR


Top xəbərlər