Novruz Məmmədov: "Dağlıq Qarabağ münaqişəsi 25 il ərzində beynəlxalq hüquq prinsiplərinin unudulduğunu göstərdi"

Novruz Məmmədov: "Dağlıq Qarabağ münaqişəsi 25 il ərzində beynəlxalq hüquq prinsiplərinin unudulduğunu göstərdi"
10:27 7 Oktyabr 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi 25 il ərzində beynəlxalq hüquq prinsiplərinin demək olar, unudulduğunu göstərdi".
"Report" xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədov "Qlobal və regional arenada Azərbaycanın rolu: reallıqlar və perspektivlər" mövzusunda konfransda çıxış edərkən deyib.
"Bu münaqişə olmasaydı, ikili standartların nə olduğunu bilməzdik. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ölkəmiz üçün ən vacib prioritetdir", - deyə N.Məmmədov bildirib. O əlavə edib ki, beynəlxalq təşkilatlar və ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/novruz-memmedov-dagliq-qarabag-munaqisesi-25-il-erzinde-beynelxalq-huquq-prinsiplerinin-demek-olar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR