Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

PA rsəmisi: "Dağlıq Qarabağ münaqişəsi regionda sülh və inkişaf üçün ən böyük maneədir"

PA rsəmisi: "Dağlıq Qarabağ münaqişəsi regionda sülh və inkişaf üçün ən böyük maneədir"

Date: 7 October 2016 10:28

Dağlıq Qarabağ münaqişəsinin davam etməsi regionda sülh və inkişaf üçün ən böyük maneədir.

Bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu gün “Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” mövzusunda Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr edilmiş konfransda deyib.

N.Məmmədov bildirib ki, münaqişənin həll edilməsinin hüquqi əsasları BMT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə təsbit olunub: “Bütün bu sənədlərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü dəstəklənir və tanınır. Ancaq əfsuslar olsun ki, son 10 ildə beynəlxalq hüquq yalnız sənəd olaraq qalır”. (trend)


Tags:  rsəmisi Dağlıq Qarabağ münaqişəsi regionda sülh inkişaf böyük maneədir


RƏYLƏR


Top news