Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hürrəm Sultanla bağlı YENİ SƏNƏDLƏR tapıldı - FOTOLAR

Hürrəm Sultanla bağlı YENİ SƏNƏDLƏR tapıldı - FOTOLAR

Date: 7 October 2016 10:43

Avropada La Rossa Solymannı Vxor adı ilə tanınan Osmanlı İmperiyasının sultanı Süleyman Qanuninin həyat yoldaşı, II Səlim, Şahzadə Mehmed, Mihrimah Sultan, Şahzadə Abdullah, Şahzadə Bəyazid və Şahzadə Cihangirin anası Hürrəm Sultanla bağlı yeni sənədlər ortaya çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən sənədlər Vatikan kitabxanasında tapılıb. Həmin sənədlərdə indiyədək insanlara məlum olmayan faktlar əks olunub.

Hürrəm Sultanla bağlı Vatikanda tapılan yeni faktları kitabxananın mətbuat katibi Rinaldo Marmara açıqlayıb.

Rinaldo Marmara bildirib ki, Hürrəm Sultanla bağlı tapılan yeni sənədlərin 350 illik yaşı var:

“Sənədlər onu göstərir ki, Hürrəm Sultan heç də kasıb ailədə doğulmayıb və əslən ukraynalı deyil. Vatikan arxivində yer alan sənədə görə, Hürəm Sultanın Osmanlı Sarayına gəlişi türklərin İtalyanın Siena şəhərində bir qalanı işğal etməsi ilə başlayıb. Həmin vaxtı qalada italyan əsilli Hanne Marsigli adlı varlı zadəgan da yaşayırmış. Onun iki övladı olub. Onlardan biri sonradan Hürrəm Sultan adını alan Marqarita adlı qız, digər övladı isə Leonarda adlı oğlan idi. Həmin dövrdə Osmanlı qoşunları Saraya qayıdan zaman Marqaritanı da Sultan üçün hədiyyə kimi aparıblar”.

Vasif Həsənli










Tags:  Hürrəm Sultanla bağlı YENİ SƏNƏDLƏR tapıldı FOTOLAR

RƏYLƏR


Top news