"Badamdar Hotel" "Pullman" tərəfindən idarə olunacaq

"Badamdar Hotel" "Pullman" tərəfindən idarə olunacaq
10:47 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Oktyabrın 5-i 2016-сı ildə, Bakıda "Gilan Holding" ilə "Accor Group" arasında "Badamdar Hotel"in "Pullman" tərəfindən idarə olunmasına dair müqavilə imzalanıb.

Sənədə "Gilan Hospitality Group" şirkətinin direktoru Elgün Məmmədov və "Accor Hotels" şirkətinin MDB üzrə regional direktoru Aleksis Delaroff imza atıblar.

Mərasimdə çıxış edən E. Məmmədov bildirib ki, otel 2011-ci ilin sentyabr ayından başqa bir brendin idarəetməsi altında fəaliyyətə başlayıb: "Yalnız idarəetmə müqaviləsinin birinci fazasında, yəni 5 ildən sonra qarşılıqlı razılığa əsasən, bu brendlə müqavilə dayandırılıb və otelin dünya nəhəngi sayılan başqa brendlə - "Accor Group"un "Pullman" brendi altında idarə olunmasına qərarı verilib".
 

E. Məmmədovun sözlərinə görə, "Badamdar Hotel" Azərbaycanın ən böyük otellərindən biri sayılır. Belə ki, oteldə 280 qonaq otağı, 700 kvadratmetrlik banket zalı, 3500 kvadratmetrlik SPA-mərkəzi, xidmət apartamentləri, ofislər, restoranlar, kafelər, uşaq əyləncə mərkəzi və ticarət mərkəzi fəaliyyət göstərir. "Otel müasir beynəlxalq beşulduzlu standartlara cavab verir", - deyə o əlavə edib.

A. Delaroff isə bildirib ki, şirkət Azərbaycan bazarına daxil olmaqdan olduqca məmnundur: "Bu, bizi daha məsuliyyətli olmağa vadar edir. "Accor Hotels" otellər qrupu dünyanın ən böyük otellər şəbəkəsi operatorudur. Hazırda bütün dünya üzrə 100-dən çox "Pullman" brendi var. Bir müddət əvvəl biz "Gilan Holding"ə müraciət edərək Azərbaycanda "Pullman" brendini təmsil etmək istəyimizi bildirdik. Avropanın ən böyük otellər şəbəkəsi olaraq "Accor Hotels" üçün "Gilan Holding"lə əməkdaşlıq etmək çox asandır. "Accor Hotels" bu otelə xidmət, satış, marketinq üzrə bir çox yenilikləri gətirməyə hazırdır. Bu gün rəqəmsal texnologiya biznes üçün çox vacibdir. Bu səbəbdən "Accor Hotels" yeni texnologiyaların tətbiqinə 250 milyon dollardan çox vəsait yatırır. Əgər bir otel rəqəmsal qaydada fəaliyyət göstərmirsə, deməli, sizi heç kəs görmür və eşitmir. Yaxın zamanda biz yeniliklər üzərində işləyəcəyik. Bu istiqamətdə əhatəli plan hazırlanacaq".

Qeyd edək ki, "Accor Hotels" qrupuna məxsus dünyaca məşhur "Pullman Hotels and Resorts" brendinin Azərbaycan bazarına maraq göstərməsi ölkəmizdə istər yerli, istərsə də xarici iqtisadi qurumlar üçün yaradılan əlverişli investisiya mühiti ilə bağlıdır. Dünyanın inkişaf etmiş ölkələri sırasında mövqeyini daha da möhkəmləndirməyi qarşıya məqsəd qoyan Azərbaycan artıq ən mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bundan başqa, qeyri-neft sektorunun inkişafına xüsusi diqqətin yetirildiyi respublikamızda turizmin inkişafı da sürətlənir. Bu amillər ölkəmizdə otel biznesinin genişləndirilməsini və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını zəruri edir. Hazırda Azərbaycan dövləti bu baxımdan kompleks tədbirlər reallaşdırır. "Pullman Hotel and Resorts" brendinin Azərbaycana gəlməsi də bu istiqamətdə atılan əsaslı addımlardan biridir. Yeni brendin Azərbaycanda fəaliyyətə başlamasını xidmət sektorunda keyfiyyətcə yeni mərhələnin başlanğıcı da saymaq olar.

Olduqca müasir dizaynı ilə seçilən obyektdə beynəlxalq və milli memarlıq üslubu böyük peşəkarlıqla uzlaşdırılıb. Müxtəlif çeşidli yüksək xidmətin göstəriləcəyi otel kompleksi, eyni zamanda, beynəlxalq səviyyəli nadir memarlıq incilərindən biridir.

Otel 280 nömrədən, o cümlədən lüks nömrələrdən, 38 rezidensiyadan, 36 ofisdən, 8 konfrans-zaldan, iki restoran və iki bardan, "Qəbələ" banket zalından, qapalı hovuzdan, 3500 kvadratmetrlik SPA-mərkəzindən ibarətdir. On dörd mərtəbəli binanın birinci mərtəbəsində 600 nəfərlik ziyafət zalı yerləşir. Burada xidmət ən yüksək beynəlxalq standartlara cavab verir. Burada səkkiz iclas otağı da yerləşir. İclas otaqlarında işgüzar şəxslər müxtəlif tədbirlər keçirə bilərlər. Bundan başqa, otelin birinci mərtəbəsində müxtəlif ofis və mağazalar fəaliyyət göstərir.

Otelin 4-7-ci mərtəbələrində ofislər yerləşir. Burada işgüzar şəxslərin istənilən səviyyəli tədbirləri keçirmələri üçün ən xırda detallar belə nəzərə alınıb. İclas otaqlarında videomaterialların nümayişi və istənilən informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək mümkündür. Auditorium zalı ikinci mərtəbədə yerləşir. Burada 525 nəfər istənilən tədbirə qatıla bilər. Zalın səhnəsi də vardır. İşıqlandırma sistemi mükəmməlliyi ilə seçilir. Burada beş dildə sinxron tərcümə üçün texniki imkan yaradılıb.

"Accor Hotels" - dünyanın aparıcı otel adminstratoru olan "Pullman"ın Avropa, Afrika, Yaxın Şərq, Asiya-Sakit okean və Amerika arasında 100 ədəd beşulduzlu oteli mövcuddur. Dünyanın ən inkişaf etmiş ölkələrində fəaliyyət göstərən "Pullman Hotel and Resorts" iş adamları, turistlər və qonaqlar üçün maksimum xidmətlər təklif edir. 2025-ci ilə qədər bu brend adı altında fəaliyyət göstərəcək otellərin sayı 200-ə çatacaq. Müştərilərinin 60%-ni iş adamları təşkil edən 5 ulduzlu otel, yaxın günlərdə Azərbaycana gələcək istər iş adamlarına, istərsə də digər qonaqlara xidmət göstərməyə başlayacaq.

"Accor Hotels" dünyanın 95 ölkəsində fəaliyyət göstərir.










RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Milli Mətbuat Günü münasibətilə velosiped yarışı keçirilib - FOTOLAR

24 İyul 2017 18:27

"Bəxt üzüyü"nün "Hüseyn"i illər sonra - FOTO

24 İyul 2017 18:27

İran denominasiyaya hazırlaşır

24 İyul 2017 18:27

Eynək zədələnərsə... - Pulunuzu cibinizdə saxlayacaq 6 ÜSUL

24 İyul 2017 18:23

"Barselona" Neymarın məvacibini artıracaq?

24 İyul 2017 18:22

DİN vətəndaşlara müraciət edib

24 İyul 2017 18:20

Çaylarda suyun səviyyəsi azalıb?

24 İyul 2017 18:18

700 bal toplayan abituriyent: "Təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram”

24 İyul 2017 18:17

Məhkəmə icraçısı nazirlik binasının 17-ci mərtəbəsindən yıxılaraq öldü - VİDEO - Rusiyada

24 İyul 2017 18:12

Ürəyi 3 dəfə dayanan aparıcı: "Bakıda olsaydım, bu gün 7 mərasimim idi..." - FOTO

24 İyul 2017 18:12

Azyaşlı bacısı qıznının əllərini bağlayıb, məcbur porno izlətdi - FOTO

24 İyul 2017 18:12

"Adi kətan da geyinsəm, Elzalığım bilinəcək"

24 İyul 2017 18:12

Yaqub Zurufçu Ermənistana getməyə hazırlaşan Ququş haqqında BÜTÜN SİRLƏRİ AÇDI

24 İyul 2017 18:08

Zirə-Türkan avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb

24 İyul 2017 18:07

Səlahət "Neftçi" ilə Avstriyaya getdi

24 İyul 2017 18:07

Bakıda qanunsuz zibilxana yaranıb

24 İyul 2017 18:05

İsrailin Müdafiə Nazirliyi Azərbaycan polisi ilə əməkdaşlıqda maraqlıdır

24 İyul 2017 18:05

Əfsanəvi kompüter proqramı tarixə qovuşur

24 İyul 2017 18:03

BBF-də gənc sahibkarlara təlim keçən Manu Şarma: “Azərbaycanda da ən azından Kanadadakı qədər sosial sahibkarlığa maraq var”

24 İyul 2017 18:02

"Ermənistan münaqişənin həllində maraqlı deyil" - XİN

24 İyul 2017 17:59

Ağstafa sakini 1 litr arağı birnəfəsə içdi - VİDEO

24 İyul 2017 17:58

"Bakıda olsaydım, bu gün 7 mərasimim idi"

24 İyul 2017 17:58

DİN borclu və axtarışda olan şəxslərlə bağlı vətəndaşlara müraciət etdi

24 İyul 2017 17:57

"Moskva-Bakı münasibətlərinin inkişafı Rusiyada müəyyən bir qüvvənin ürəyincə deyil"

24 İyul 2017 17:57

Səbinə ikinci dəfə ana olacaq - FOTO

24 İyul 2017 17:57

Akif Çovdarovun evindəki həqiqətlər açıldı

24 İyul 2017 17:53

Sumqayıtda gəlin 3 uşağını atıb evdən qaçdı - FOTO

24 İyul 2017 17:52

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ: imtahanlar başlayır

24 İyul 2017 17:52

Mələkxanımın ailəsində xoş gün - FOTO

24 İyul 2017 17:52

I və IV ixtisas qruplarının imtahan nəticələri açıqlanıb

24 İyul 2017 17:51

Gel - şellak tipli dırnaq boyalarının qorxunc zərərləri

24 İyul 2017 17:48

İmtahan nəticələri açıqlandı – 3 nəfər 700 bal topladı

24 İyul 2017 17:48

Sabah müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start veriləcək

24 İyul 2017 17:47

Əli Mirəliyev də aparıcılıq edəcək

24 İyul 2017 17:47

Akif Çovdarovun məhkəməsində iş materialların tədqiqi mərhələsi davam etdirilib

24 İyul 2017 17:47

İstanbulda metroda qəza

24 İyul 2017 17:47

Niyə hələ də Ç-nı "CH", Ş-nı "SH", Ü-nü W kimi yazırıq?

24 İyul 2017 17:45

Ölkədən çıxışınıza "STOP" qoyulub? - BURDAN ÖYRƏNİN

24 İyul 2017 17:44

XİN: Nalbəndyanın Dağlıq Qarabağa səfər etməsi Ermənistanın tarixi və dini saxtakarlığa siyasi don geyindirilməsinin nümunəsidir

24 İyul 2017 17:42

Ərdoğan və baş nazir nikah şahidi oldular - FOTO

24 İyul 2017 17:42

Sabunçunu zibilxanaya çevirənlər barədə “məcburi göstəriş” verildi

24 İyul 2017 17:38

Yetim Eyvazın ölüm səbəbi açıqlandı

24 İyul 2017 17:37

Millimizin sabiq üzvü UEFA-nın məşqçi kursunda - FOTO

24 İyul 2017 17:37

DİM I və IV ixtisas qruplarının imtahan nəticələrini açıqlayıb

24 İyul 2017 17:37

Rafetin azərbaycanlı modellə yeni klipi

24 İyul 2017 17:36

“YouTube” video redaktorunun fəaliyyəti dayandırılacaq

24 İyul 2017 17:35

Aİ ölkələri “5G” şəbəkəsinin inkişafı üçün bəyannamə imzalayıblar

24 İyul 2017 17:35

Azərbaycanda milyonluq layihə - HƏR ŞEY HAZIR, BİRCƏ...

24 İyul 2017 17:33

Manatın sabaha olan

24 İyul 2017 17:33

Aygün Kazımova ilə Anar barışdı: "Mənə zəng elədi"

24 İyul 2017 17:32