BTC kəməri ilə neft ixracı 2% artıb

BTC kəməri ilə neft ixracı 2% artıb
10:47 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 055 791 ton Azərbaycan nefti nəql olunub. “Report” xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 284 718 ton yaxud 15,76% azdır.
Cari ilin yanvar- sentyabr aylarında bu kəmərlə 22 043 322 ton neft ötürülüb ki, bu da 2015-ci ilin 9 ayına nisbətən 445 151 ton yaxud 2,06% çoxdur.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il oktyabr ayının 1-dək BTC-yə 314 915 856 ton neft vurulub.
Bundan başqa, 2016-cı ilin sentyabr ayında BTC kəməri ilə 374 160 ton Türkmənistan nefti nəql olunub və ötən ilin sentyabrı ilə müqayisədə tranzit 14 258 ton yaxud 3,96% artıb.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/btc-kemeri-ile-neft-ixraci-2-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR