Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İnstagram-ın 6 yaşı tamam oldu - ƏN POPULYAR FOTOLAR

İnstagram-ın 6 yaşı tamam oldu - ƏN POPULYAR FOTOLAR

Date: 7 October 2016 10:52

İndi dünyanın ən populyar fotoservis və sosial şəbəkələrindən biri İnstagram 2010-cu ilin oktyabrın 6-da yaradılıb. ABŞ-ın San-Fransisko şəhərində yaşayan Kevin Sistrom və Mayk Kriger bu proqramı App Store-a yükləmişdilər.

Milli.Az bildirir ki, 2011-ci ildə fotoservisə heşteq funksiyası əlavə olundu və bu, İnstagram-ı daha da populyarlaşdırdı.

İnstagram yaradılandan sonrakı ilk üç ayda fotoservisdə 1 milyon istifadəçi qeydiyyata alındı. 2012-ci ilin martında isə istifadəçilərin sayı 30 milyona çatdı. 2012-ci ilin aprelində İnstagram-ın Android əməliyyat sistemi üçün versiyası istifadəyə verilib. Elə həmin vaxtda da Facebook fotoservisi 1 milyard dollara satın aldı.

Hazırda İnstagram-ın yüz milyonlarla istifadəçisi var.

İnstagram-ın banisi Kevin Sistrom fotoservisin ad günü münasibətilə Facebook-dakı profilində yazıb: "Ad günün mübarək, İnstagram! 6 il əvvəl Maykla bu servisi yaradandan sonra onu istifadəyə verdik və ilk sutkada 25 min insan qeydə alındı. Həmin vaxtdan bəri İnstagram-ın inkişafı məni təəccübləndirməkdədir. İnstagram-ı maraqlı, yaradıcı etdiyiniz üçün hər kəsə minnətdaram".

İnstaqramın tarixində ən populyar fotoları təqdim edirik.

Ən populyar foto amerikalı supermodel Kendal Cennerin profilindədir. Onun qəribə saç düzümünün əks olunduğu foto 3,6 milyon dəfə bəyənilmişdi.

Milli.Az









Tags:  İnstagram-ın yaşı tamam oldu ƏN POPULYAR FOTOLAR


RƏYLƏR


Top news