Bakıda kürəkən qaynatasını və arvadını bıçaqladı

Bakıda kürəkən qaynatasını və arvadını bıçaqladı
10:57 7 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gecə Yasamal rayonunda ata ilə qızı bıçaqlanıblar.

Milli.Az musavat.com-a istinadən bildirir ki, hadisə rayonun Dadaş Bünyadzadə küçəsindəki 11 saylı binanın 23-cü mənzilində baş verib. Həmin ünvanda yaşayan 55 yaşlı İlqar Niyaz oğlu İsmayılov və qızı 22 yaşlı Nəsibə İsmayılova bıçaqlanıblar. Yaralılar xəstəxanaya çatdırılıblar. 

Qarın nahiyəsindən bıçaqlanan İlqar İsmayılov əməliyyat olunub. Nəsibə İsmayılovanın vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicəyə buraxılıb. 

Hadisə  barədə məlumat alan Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları araşdırmalara başlayıblar. Polisə ifadə verən Nəsibə İsmayılovanın sözlərinə görə,  onu və atasını həyat yoldaşı bıçaqlayıb. Hazırda polis əməkdaşları Nəsibə İsmayılovanın həyat yoldaşının yerini müəyyənləşdirirlər. 

Faktla əlaqədar cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476919.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR