Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ iki yeni atom bombasını sınaqdan keçirdi

ABŞ iki yeni atom bombasını sınaqdan keçirdi

Date: 7 October 2016 10:58

ABŞ iki yeni atom bombasını sınaqdan keçirib.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Nüvə Təhlükəsizliyi üzrə Milli İdarəsindən (NNSA) bildirilib.

Müasirləşdirilmiş B61-7 və B61-11 atom bombalarının sınaqları müvəffəqiyyətlə keçib.

B-61 bombası əsasında yaradılmış və nüvə döyüş başlıqları olmayan iki döyüş sursatı Nevada ştatında yerləşən Tonopa poliqonunda V-2A bombardmançı-gözəgörünməz təyyarələrdən atılıb. “B61 ABŞ-ın nüvə triadasının ən əhəmiyyətli vasitələrindən biridir”, - NNSA-nın başçısının müavini, briqada generalı Maykl Lutton bildirib.

NNSA-dan qeyd ediblər ki, ABŞ Hərbi Hava Qüvvələri ilə birgə keçirilən sınaqların əsas məqsədi müasirləşdirilmiş bombaların dəqiqliyi və etibarlılığının öyrənilməsidir.

Müasirləşdirilmiş atom bombasının əvvəlki sınaqları 2015-ci ilin noyabrında keçirilib. Həmin vaxt döyüş sursatı F-15E qırıcı-bombardmançıdan atılmışdı.

Ömər Dağlı


Tags:  ABŞ iki yeni atom bombasını sınaqdan keçirdi

RƏYLƏR


Top news