Səudiyyə kralı oğlu tərəfindən öldürüləcək – ŞOK İDDİA

Səudiyyə kralı oğlu tərəfindən öldürüləcək – ŞOK İDDİA
11:03 7 Oktyabr 2016
85 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı Krallığı vəliəhdinin varisi, baş nazirin ikinci müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud (Səudiyyə Ərəbistan kralı Salman bin Əbdüləzizin oğludur – red.) atasını öldürə bilər.

Publika.az “The Independent” nəşrinə istinadən xəbər verir ki, bunu Suriyada döyüşlərdə həlak olmuş İran generallarından birinin matəm mərasimdə çıxış edən İran İslam İnqilabı Keşikçilər Korpusunun ("Sepah") tərkibindəki "Qüds" xüsusi elit bölməsinin komandiri general Kasım Süleymani deyib.

İranlı general Məhəmməd bin Salmanla görüşdüyünü bildirən yüksək vəzifəli Suriya məmurlarının sözlərini şərh edib. Söhbət guya Rusiya hərbçilərinin iştirakı ilə keçirilib. Deyilənə görə, Məhəmməd bin Salman suriyalılara İranla əlaqələri kəsməyi məsləhət görüb və söz verib ki, bu halda müharibə başa çatdırılacaq.

“Səudiyyə şahzadəsi son dərəcə səbirsizdir və öz atasını öldürə bilər”, - Kasım Suleymani qeyd edib.

Tehran və Ər-Riyad arasında münasibətlər 2006-cı ilin əvvəlində şiə vaizi Nimr əl-Nimrin edamından sonra kəskinləşib. Səudiyyənin Tehrandakı səfirliyi, həmçinin Məşhəddəki konsulluğu dağıdılıb. Ər-Riyad cavab olaraq İranla diplomatik münasibətləri kəsib.

Qeyd edək ki, sentyabrın 5-də İranın ali dini lideri Ayətullah Seyid Əli Xamneyi Səudiyyə Ərəbistanını müsəlman ziyarətgahlarına giriş qaydalarını təkrar gözdən keçirməyə çağırıb. Növbəti gün Səudiyyənin baş müftisi Əbdül-Əziz Ali əş-Şeyx iranlıların həqiqi müsəlman olduğundan şübhələndiyini deyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR