Norveç yığmasının baş məşqçisi: "Azərbaycan futbola böyük sərmayələr qoyur"

Norveç yığmasının baş məşqçisi: "Azərbaycan futbola böyük sərmayələr qoyur"
11:07 7 Oktyabr 2016
91 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Səfərdə Azərbaycandan 3 xal götürmək çox çətin olacaq".
"Report"un məlumatına görə, bunu dünya çempionatının seçmə qrup mərhələsində sabah Azərbaycan millisinin qonağı olacaq Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo deyib.
57 yaşlı mütəxəssis Bakıda ağır oyunun olacağını bildirib: "İki görüşdən sonra 6 xal toplamaq istəyirik. Azərbaycan sərt və çətin rəqibdir. Bu xalq öz futbolu üçün böyük məbləğdə sərmayələr qoyur. Rəqibin 7 futbolçusu öz klublarında Avropa Liqasının qrup mərhələsində çıxış edir".
Amma əslində Azərbaycan millisinə çağırılan futbolçulardan 9-u Avropa Liqasının qrup mərhələsində forma geyinir. Onlardan 7-si "Qarabağ"ın, 2-si "Qəbələ"nin üzvüdür.
Qeyd edək ki, oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Norveç maçtı saat 20:00-da başlayacaq. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/millinin-reqibininin-bas-mesqcisi-azerbaycan-futbola-boyuk-sermayeler-qoyur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR