Qatar Airways-dən payızınızı günəşlə rəngarəng etmək üçün möhtəşəm təklif!

Qatar Airways-dən payızınızı günəşlə rəngarəng etmək üçün möhtəşəm təklif!
11:17 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Qatar Airways müştəriləri artıq payızda da günəşin hərarətini hiss edəcəklər. Şirkət yeni endirim kampaniyası ilə dünyaca məşhur istiqamətlərə biznes və ekonom sinifdə möhtəşəm endirimlər təklif edir. Cəmi 5 gün, 6-10 oktyabr tarixləri müddətində biletini bron edən müştərilər bu endirim kampaniyasından faydalana biləcəklər.

Qatar Airways-in inanılmaz təklifləriylə səyahət etmənin əsl fəslidir. İstər Tailand adalarının birində sakitlikdən həzz alaraq dincəlmək, istərsə də Afrika incisi Namibiyaya macəra dolusu səfər, bütün bunlar üçün payız ən gözəl fəsildir!

Qatar Airways-in təklif etdiyi endirimlər həm biznes, həm də ekonom sinfə şamil edilən gediş-dönüşlü biletlərdir və cəmi 936 manatdan başlayaraq Avropa, Yaxın Şərq, Afrika, Amerika, Hindistan Subkontinenti və Asiyada 150-dən çox istiqamətə uçma imkanı verir. Bu endirim kampaniyası çərçivəsində 30 iyun 2017 tarixinə qədər səyahət etmək üçün biletinizi 10 oktyabr 2016 tarixinə qədər bron edin.

Payızı günəşlə zənginləşdirəcək endirim təklifləri haqqında ətraflı məlumat üçün müştərilər http://www.qatarairways.com rəsmi saytında daxil ola və ya Qatar Airways satış ofislərindən birinə yaxınlaşa bilərlər.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/476931.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR