Quba-Xınalıq yolunda "Niva" dərəyə aşdı: ölən var

Quba-Xınalıq yolunda "Niva" dərəyə aşdı: ölən var
11:17 7 Oktyabr 2016
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Qubada bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə gecə saatlarında Quba-Xınalıq yolunun 55 km-də qeydə alınıb. Xınalıq kənd sakini, 48 yaşlı Bağırov Məmmədqasım Xəlil oğlunun idarə etdiyi 10 JL 382 dövlət nömrə nişanlı "Niva" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü Məmmədqasım Bağırov aldığı xəsarətdən hadisə yerində ölüb.
 
Hazırda kənd sakinləri Məmmədqasım Bağırovun meyidini dərədən çıxarmağa çalışırlar. Hadisə ilə əlaqədar müvafiq dövlət orqanları məlumatlandırılıb.
 
İlkin məlumata görə, sürücü avtomobili sərxoş vəziyyətdə idarə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476912.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR