Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Bu il Qarabağ münaqişəsinin həllində böyük irəliləyiş əldə edilə bilərdi..." - Sergey Markov

“Bu il Qarabağ münaqişəsinin həllində böyük irəliləyiş əldə edilə bilərdi..." - Sergey Markov

Putindən Qarabağla bağlı AÇIQLAMA (15 Mart 2017 17:37)
"Rusiya imkan verməyəcək ki, Ermənistan..." (14 Mart 2017 13:10)
Ərdoğandan Qarabağ AÇIQLAMASI: "Dağlıq Qarabağ münaqişəsinin həlli təcili..." (10 Mart 2017 18:58)

Tarix: 7 Oktyabr 2016 11:19

“Azərbaycan hazırda İslam dünyasının lideridir”.

 

APA-nın məlumatına görə, bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi "Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər" mövzusunda beynəlxalq konfransın açılışında deyib. O bildirib ki, Azərbaycan güclü ordu yaradıb və aprel döyüşlərində də bu, özünü göstərdi: “Azərbaycanın üzləşdiyi əsas problem Qarabağ münaqişəsidir. Bu il Kazan formulu əsasında Qarabağ münaqişəsinin həllində böyük irəliləyiş əldə oluna bilərdi. Torpaqların bir qisminin qaytarılması müqabilində Ermənistanın blokadası aradan qaldırıla bilərdi. Təəssüf ki, bu, mümkün olmadı”.

 

Qeyd edək ki, konfrans Azərbaycanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə təşkil olunub.


Teqlər:  il Qarabağ münaqişəsinin həllində böyük irəliləyiş əldə edilə bilərdi Sergey Markov



RƏYLƏR


Top xəbərlər