Sergey Markov: "Azərbaycanın qarşısında duran əsas məsələ..."

Sergey Markov: "Azərbaycanın qarşısında duran əsas məsələ..."
11:22 7 Oktyabr 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

"Müstəqillik əldə etdikdən sonra Azərbaycan qarşısında duran əsas məsələlərdən biri də dövlətçiliyin gücləndirilməsi üçün güclü ordunun yaradılması idi".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Siyasi Araşdırmalar İnstitunun direktoru Sergey Markov bu gün "Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər" mövzusunda Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilmiş konfransda deyib.

S.Markov qeyd edib ki, Azərbaycan bu vəzifənin öhdəsindən layiqincə gəlib. Rusiyalı ekspert qeyd edib ki, Azərbaycan ordusunun gücü aprel döyüşlərində bir daha göründü.

S.Markov bildirib ki, bu gün Azərbaycanın qarşısında duran əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi və ərazi bütövlüyünün təmin edilməsidir.

Rusiyalı ekspert bildirib ki, bu il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişin əldə olunması perspektivi vəd edən Kazan prinsipi yaradıldı, lakin təəssüflər olsun ki, bu il bunu reallaşdırmaq mümkün olmadı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/476939.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR