Metroda qanunsuzluq: Məsələyə polis qarışıb - FOTO

Metroda qanunsuzluq: Məsələyə polis qarışıb - FOTO
11:27 7 Oktyabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Metropoliteninin ərazisində qanunsuz olaraq reklam vasitələri yerləşdirilib.

Milli.Az xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib: 

"Məlum olduğu kimi, 2014-cü ildə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yarandıqdan sonra metroda bütün növ reklam vasitələri yığışdırıldı. Əsas məqsəd metro stansiyalarında, qatarlarda pərakəndəliyi aradan qaldırmaq, qanunsuz, insanların zövqünə, təhlükəsizliyinə maneə yaradan reklam vasitələrini yığışdırmaq idi. Eyni zamanda, metro stansiyalarında və qatarlarda təmir-bərpa, yenidənqurma işləri həyata keçirilirdi. Artıq ötən ildən metro stansiyalarında qanunvericiliyin tələbləri qorunmaqla müasir standartlara cavab verən reklam vasitələrindən istifadə olunur. Görülmüş tədbirlər nəticəsində artıq mertopoliten ərazisində razılaşdırılmamış reklam vasitələrinin yerləşdirilməməsi təmin edilib.

Buna baxmayaraq, bəzən qanunsuz reklam vasitələrindən istifadəyə cəhd edən şirkətlər də aşkarlanır. Belə ki, 10 oktyabr 2016-cı il tarixində metro qatarında "İxlas su" şirkətinə məxsus reklam vasitələrinin yapışdırılmasına rast gəlinib. Həmin reklam vasitələri vaqon qapısının üst hissəsində yerləşdirilmiş metropoliten xətlərinin sxeminin üzərinə yapışdırılıb. Təbii ki, bu yolverilməzdir, eyni zamanda dövlət əmlakına zərər vurulması deməkdir".

Şöbə rəisi qeyd edib ki, artıq "Bakı Metropoliteni" QSC məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Fakt Bakı Metropolitenində Polis şöbəsi tərəfindən araşdırılır.

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR