Bakı. 7 oktyabr. REPORT.AZ/ Bakıda 34 yaşlı kişi yaşadığı mənzildə bıçaqlanıb.
"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.
1982-ci il təvəllüdlü Şabanov Səxavət İsmayıl oğlu yaşadığı mənzildə naməlum şəxs tərəfindən bir neçə bıçaq zərbəsi alıb.
O, qarın nahiyəsindən aldığı kəsilmiş-deşilmiş yaralarla 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaralı əməliyyat olunub.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.