Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ eksperti: "Azərbaycan özünü müdafiə etmək üçün nəsə edəcək"

ABŞ eksperti: "Azərbaycan özünü müdafiə etmək üçün nəsə edəcək"

Date: 7 October 2016 11:47

"Azərbaycan inkişaf etməkdə davam edir. Həmçinin Azərbaycan güclü ordu yaratmağı bacarıb".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ceymstaun Fondunun nümayəndəsi Qlen Hovard bu gün "Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər" mövzusunda Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilmiş konfransda deyib.

O qeyd edib ki, Azərbaycan ordusunun gücü aprel döyüşlərində özünü göstərdi. Amerikalı ekspert bildirib ki, Azərbaycan dörd gün ərzində uğurlu müharibə apardı və ərazilərinin bir hissəsini azad etdi: "Aprel hadisələrindən sonra ABŞ oyandı və dedi ki, biz Minsk prosesini davam etdirməliyik".

Q.Hovard Ermənistanda "İsgəndər" raketlərinin olmasına da münasibət bildirib. O qeyd edib ki, bu raketlərin Ermənistanda olması Qafqazda təhlükəli vəziyyət yaradır: "Ermənistanda bu raketlərin olması regionda sanki silah yarışı yaradacaq. Təbiidir ki, Azərbaycan da özünü müdafiə etməlidir. Biz bilmirik, amma Azərbaycan özünü müdafiə etmək üçün nəsə edəcək. İndi 90-cı illər deyil, Azərbaycan inkişaf edən ölkədir, dünyanın bir çox ölkələri ilə sıx əməkdaşlığı var və ona görə də Azərbaycan müxtəlif variantlardan yararlana bilər".

O deyib ki, Ermənistanın "İsgəndər" silahları alması yeni silah yarışı yarada bilər: "ABŞ bunu baa düşməlidir".

Milli.Az


Tags:  ABŞ eksperti Azərbaycan özünü müdafiə etmək nəsə edəcək

RƏYLƏR


Top news