Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Neymardan 300-cü qol

Neymardan 300-cü qol

Date: 7 October 2016 11:57

Braziliya millisinin və "Barselona"nın hücumçusu Neymar futbolçu karyerasında 300-cü qolunu vurub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, DÇ-2018-in seçmə mərhələsində Boliviyaya qarşı oyunda (5:0) baş verib. Sözügedən görüşdə dubla imza atan gənc oyunçunun vurduğu qollarının sayı 300-ə çatıb.

Qeyd edək ki, Neymar bu qollardan 49-nu əsas milli komandada, 18-ni gənclərdən ibarət yığmalarda, 138-ni "Santos"da, 95-ni "Barselona"da vurub.

Milli.Az


Tags:  Neymardan 300-cü qol

RƏYLƏR


Top news