Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Gülağa Tənha Çovdarovun adı keçən məhkəmədə: "10 milyon dollara ev tikməliydik"

Gülağa Tənha Çovdarovun adı keçən məhkəmədə: "10 milyon dollara ev tikməliydik"

Çovdarovun qurbanı olan biznesmenin cəzası 3 il azaldıldı (10 Mart 2017 10:24)
Milyonçu şairin tutdurduğu şəxsin cəzası azaldıldı (10 Mart 2017 09:47)
Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan şəxsin cəzası azaldılıb (10 Mart 2017 09:22)

Tarix: 7 Oktyabr 2016 12:05

Həbsdə olan general Akif Çovdarovun zərərçəkəni, hazırda dələduzluqda təqsirləndirilən İlham Qasımovun cinayət işi üzrə məhkəmə keçirilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Gülağa Qəmbərov ifadə verib. O, ifadəsində 19,5 milyon dollar pulu İ.Qasımova verdiyini deyib: "İş qurmaq üçün həmin pulu ona verdim. Biz 10 milyon dollar pula ev tikməliydik. 5 milyon dollara isə işlər tamamlanmalı idi. Lakin işlər alınmadı. Sonra hüquq-mühafizə orqanına müraciət elədim".
 
Qeyd edək ki, İ.Qasımov rəhbəri olduğu şirkətin inşa etdiyi binalarda eyni mənzilləri bir neçə adama satmaqla dələduzluq etməkdə təqsirləndirilir. O, Cinayət Məcəlləsinn 178.3.2-ci (külli miqdarda dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir. Xatırladaq ki, İ.Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi tanınıb. A.Çovdarov İ.Qasımovu təhdid edərək külli miqdarda pul almaqda ittiham edilir.

Milli.Az


Teqlər:  Gülağa Tənha Çovdarovun adı keçən məhkəmədə 10 milyon dollara ev tikməliydik



RƏYLƏR


Top xəbərlər