Ceymstaun Fondunun prezidenti: "Ermənistanın "İsgəndər" əldə etməsi regionda daha böyük gərginlik yaradacaq"

Ceymstaun Fondunun prezidenti: "Ermənistanın "İsgəndər" əldə etməsi regionda daha böyük gərginlik yaradacaq"
12:17 7 Oktyabr 2016
12 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Qafqaz regionu 15-20 il əvvəl ABŞ-ın xarici siyasətində dominant bölgələrindən biri idi, xüsusən də Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsinə görə".
"Report" xəbər verir ki, bunu Ceymstaun Fondunun prezidenti Qlen Hovard "Qlobal və regional arenada Azərbaycanın rolu: reallıqlar və perspektivlər" mövzusunda konfransda çıxış edərkən deyib.
Ceymstaun Fondunun prezidentinin sözlərinə görə, İraqda müharibə başlayan zaman prezident Corc Buşun administrasiyası diqqətini əsasən bu regiona yönəltdi: "Amma Qafqaz regionu dəyişir və bu gün dondurulmuş münaqişələr qanlı münaqişələrə çevrilir. Bu gün Donbassda, Qarabağda qan axıdılır. Dünən Azərbaycan əsgəri qətlə yetirilib. Azərbaycan da yerində dayanmır, ordusunu inkişaf etdirir".
Onun sözlərinə görə, bu gün ABŞ və Rusiya arasında Suriya məsələsinə görə, qarşıdurma artır və belə vəziyyətdə iki ölkənin Qarabağ və Donbass məsələlərində necə əməkdaşlıq edəcəyi aydın deyil.
Q.Hovard, həmçinin Ermənistanın "İsgəndər" raket sistemi əldə etməsini şərh edib. Onun sözlərinə görə, bu, regionda daha böyük gərginlik yaradacaq və silahlanma mübarizəsini artıracaq: "Ermənistanda 500 km məsafədə yerləşən hədəfi vura bilən raketlər yerləşdirildikdən sonra Azərbaycan da özünü qorumalıdır".

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/ceymstaun-fondunun-prezidenti-ermenistanin-i-sgender-elde-etmesi-regionda-daha-boyuk-gerginlik-ya

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR