Sergey Markov: "Dağlıq Qarabağda münaqişə hər zaman alışa bilər"

Sergey Markov: "Dağlıq Qarabağda münaqişə hər zaman alışa bilər"
12:22 7 Oktyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya həm Azərbaycanla, həm də digər ölkələrlə hərbi-texniki əməkdaşlıq edir. Azərbaycana silah satanda ermənilər narazılıq edirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bu gün "Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər" mövzusunda Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilmiş konfransda Rusiyanın Ermənistana "İsgəndər" raketi satması ilə bağlı suala cavab verərkən deyib.

S.Makarov bildirib ki, Rusiyanın məqsədi silah satmaq deyil: "Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində kompromisə çatmaqdır. Bu kompromis hər kəsi qane etməlidir. Bu kompromis ölkə daxilində geniş müzakirə edilməlidir. Kazan prinsipi münaqişənin həllində yaxşı addım idi, bu prinsipə əsasən, 7 rayonun Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Lakin Ermənistan daxili problemlərlə üzləşir, onlar xalqa göstərə bilmirlər ki, bu lazımdır. Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil, hər zaman alışa bilər. Ona görə də biz münaqişənin həll edilməsi istiqamətində səylərimizi artırmalıyıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/476979.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR