Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda ərini tanışı ilə birgə öldürən qadının məhkəməsində polis əməkdaşı ifadə verib

Bakıda ərini tanışı ilə birgə öldürən qadının məhkəməsində polis əməkdaşı ifadə verib

Date: 7 October 2016 12:22

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə 27-ci Polis Bölməsinin əməkdaşı Rəhman İsmayılov ifadə verib.
O, dindirilərkən bölməyə Kamram Mahmudov adlı vətəndaşının itkin düşməsi ilə bağlı müraciət daxil olduğunu bildirib. Şahidin sözlərinə görə, L.Mahmudova polis bölməsində cinayəti törətdiyini etiraf edib: "İsmayıllı rayonuna gedib meyiti torpağın altından çıxardıq. Lalə xanıma heç bir təziq olmayıb".
L.Mahmudova polis bölməsində ifadəsini R.İsmayılovun götürmədiyini deyib.
L.Mahmudovanın yeni vəkili Nüşabə Ağayeva cinayət işinin materialları ilə tanış olmadığını deyərək məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası oktyabrın 24-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən il sentyabrın 26-da Yasamal rayonunda baş verib. Paytaxt sakini L.Mahmudova Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edərək həyat yoldaşı 39 yaşlı Kamran Mahmudovun itkin düşməsi barədə məlumat verib. Hadisədən 5 gün sonra K.Mahmudovun öldürüldüyü müəyyən edilib. Cinayətin mərhumun həyat yoldaşı L.Mahmudova və onun tanışı S.Məmmədov tərəfindən törədildiyini aşkara çıxarılıb. Hər 2 şəxs saxlanılaraq ifadələri alınıb. İstintaq araşdırmaları zamanı məlum olub ki, sentyabrın 26-da gecə saatlarında S.Məmmədov L.Mahmudovanın yaşadığı evə gəlib. Bu zaman mərhum Kamran Mahmudov və evdəki azyaşlı uşaqlar yatırmış.
L.Mahmudova ilə əvvəlcədən plan quran S.Məmmədov özü ilə gətirdiyi tapança ilə yatmış K.Mahmudovun baş nahiyyəsindən 3 dəfə atəş açaraq onu qətlə yetirib. Onlar izi itirmək məqsədilə meyiti hissələrə bölərək bağlamalara yığıblar. Sonra həmin bağlamalarla S.Məmmədov Bakıdan İsmayıllı rayonuna yola düşüb. O, meyiti İsmayıllı rayonunda meşədə basdıraraq Bakıya qayıdıb.
Xatırladaq ki, L.Mahmudova Bakıdakı xəstəxanalardan birində tibb bacısı işləyib, əri isə bizneslə məşğul olub.

Tags:  Bakıda ərini tanışı birgə öldürən qadının məhkəməsində polis əməkdaşı ifadə verib

RƏYLƏR


Top news