Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan Mühəndislik Akademiyası ilə Milli Aviasiya Akademiyasının birgə iclası keçirilib

Azərbaycan Mühəndislik Akademiyası ilə Milli Aviasiya Akademiyasının birgə iclası keçirilib

Rusiya Azərbaycanın təhlükəsizlik sistemindən istifadə edəcək (20 Mart 2017 09:33)
"Azərbaycan müəllimi" qəzetinin baş redaktoru dəyişdi (16 Mart 2017 21:18)
Bakı Mühəndislik Universitetinə rektor təyin edildi (16 Mart 2017 18:04)

Tarix: 7 Oktyabr 2016 12:35

Akademiklər Arif Paşayevə və Roald Saqdeyevə tədbirdə mükafatlar təqdim edilib

Oktyabrın 6-da Azərbaycan Mühəndislik Akademiyası ilə Milli Aviasiya Akademiyasının birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, akademiyanın prezidenti akademik Arif Paşayev akademiyanın qərarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan Mühəndislik Akademiyasının İdarə Heyətinin qərarı ilə görkəmli alim, akademik Roald Saqdeyev ölkəmizlə kosmik sahədəki faydalı əməkdaşlığına, Azərbaycanla ABŞ arasında beynəlxalq əlaqələrin möhkəmləndirilməsi və inkişafındakı xidmətlərinə görə Azərbaycan Mühəndislik Akademiyasının "Azərkosmos" istiqaməti üzrə əcnəbi üzvü (akademiki) seçilib. R.Saqdeyevə akademiyanın diplomu, vəsiqəsi və döş nişanı təqdim edilib.

Daha sonra rektor akademik Arif  Paşayev Milli Aviasiya Akademiyasının Fəxri professor diplomunu və AZAL QSC-nin Fəxri pilot diplomunu akademik Roald Sadqeyevə təqdim edib.

Akademik Roald Sadqeyev çıxışında Azərbaycanla kosmik məsələlərdə əməkdaşlıq etməsindən şərəf duyduğunu qeyd edib və verilən fəxri adlara görə dərin minnətdarlığını bildirib. O, "Azersky" (Spot-7) peyki ilə əlaqədar aerokosmik informasiyaların emalı və tətbiqi istiqamətlərində önəmli tövsiyələrini verib.
Mühəndislik Akademiyasının vitse-prezidenti Əhəd Canəhmədov Beynəlxalq Mühəndislik Akademiyasının Prezidentlər Şurasının qərarı ilə akademiyanın işində xüsusi fəaliyyətinə və beynəlxalq əlaqələrin möhkəmləndirilməsində verdiyi töhfələrə görə Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti akademik Arif  Mir Cəlal oğlu Paşayevə Beynəlxalq Mühəndislik Akademiyasının "Fəxri Qızıl Nişanı" fərqlənmə nişanını və diplomunu təqdim edib.
 







Teqlər:  Azərbaycan Mühəndislik Akademiyası Milli Aviasiya Akademiyasının birgə iclası keçirilib



RƏYLƏR


Top xəbərlər