Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Deputatdan həmkarına ETİRAZ: “Fazil Mustafanın təklifində zərrə qədər elm, məntiq yoxdur”

Deputatdan həmkarına ETİRAZ: “Fazil Mustafanın təklifində zərrə qədər elm, məntiq yoxdur”

Date: 7 October 2016 12:43

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri müavini, Milli Məclisin deputatı Fəzail İbrahimli millət vəkili Fazil Mustafanın Azərbaycanın Müstəqillik Günü tarixinin 1991-ci il dekabrın 29-dan hesablanması barədə səsləndirdiyi təklifə sərt etiraz edib.

F.İbrahimli Publika.az-a açıqlamasında bildirib ki, Fazil Mustafanın sözügedən təklifi kökündən yanlışdır:

“Fazil Mustafa gündə bir təklif irəli sürür. Məgər onun təklif vermədiyi bir məsələ var? Azərbaycanın müstəqilliyinin tarixi var. Müstəqilliyimizin dəqiq günü, ayı və ili hamıya məlumdur. Dövlət də 25 ildir ki, bu günü qeyd edir. İndi kimin beyninə nə gəlir, onu da danışır. Buna şərh vermək də doğru deyil”.

Deputat qeyd edib ki, hər kəsin ağılına gələn fikirlərlə dövlətin müstəqillik tarixini dəyişmək olmaz:

“Bu, tamamilə yanlış təklifdir. Ümumiyyətlə, bu təklifdə zərrə qədər məntiq, elm, düşüncə yoxdur. Sadəcə olaraq, fərziyyədir. Bu cür fikirləri də söyləmək sadəcə olaraq ayıbdır. Fazil Mustafa Şah İsmayıl Xətai ilə bağlı məsələni bitirməmiş, indi də müstəqillik tariximizin canına düşüb”.

Vasif Həsənli


Tags:  Deputatdan həmkarına ETİRAZ Fazil Mustafanın təklifində zərrə elm məntiq yoxdur

RƏYLƏR


Top news