Çinin valyuta ehtiyatları 19 mlrd. dollar azalıb

Çinin valyuta ehtiyatları 19 mlrd. dollar azalıb
12:47 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ /Çinin valyuta ehtiyatlarının həcmi 2016-cı ilin sentyabr ayında 18,8 mlrd. dollar və ya 0,6% azalaraq 3,166 trln. dollara enib. 
"Report"un "RİA" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Çin Mərkəzi Bankı (Çin Xalq Bankı) məlumat verib. 
Qeyd edək ki, iqtisadçılar Çinin valyuta ehtiyatlarının sentyabrda 3,18 trln. dollara qədər geriləyəcəyini proqnozlaşdırsalar da, azalma 14 mlrd. dollar daha çox olub. 
Çinin valyuta ehtiyatlarındakı azalma iyul ayından etibarən davam edir. Avqustda valyuta ehtiyatlarındakı azalma 15,89 mlrd. dollar təşkil edib. 
Xatırladaq ki, 2015-ci ildə qlobal maliyyə böhranı səbəbindən Çinin valyuta ehtiyatları 513 mlrd. dollar azalıb.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/cinin-valyuta-ehtiyatlari-19-mlrd-dollar-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR