ANAMA-nın sentyabrda zərərsizləşdirdiyi partlamamış hərbi sursatların sayı açıqlanıb

ANAMA-nın sentyabrda zərərsizləşdirdiyi partlamamış hərbi sursatların sayı açıqlanıb
12:52 7 Oktyabr 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2 670 572 kv.m ərazini yoxlayıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizləyib.
ANAMA-dan “Report”a verilən məlumata görə, ay ərində 173 ədəd PHS və 11 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 498 nəfər əməliyyat və 124 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.
Bu günədək Agentlik tərəfindən 388 380 893 kv.m ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilən mina və PHS-lərin sayı 752 243-dir.
Qeyd edilən müddət ərzində ANAMA təmizləmə əməliyyatlarını Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Gəncə, Qazax, Lənkəran, Tərtər, Sumqayıt və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirib.
Bu müddət ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/herbi/anama-nin-sentyabrda-zerersizlesdirdiyi-partlamamis-herbi-sursatlarin-sayi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR