Şəhriyar Məmmədyarov Serbiya klubuna keçdi

Şəhriyar Məmmədyarov Serbiya klubuna keçdi
12:57 7 Oktyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanı şahmat üzrə klublararası Avropa çempionatında təmsil edəcək "Odlar Yurdu" komandalarının heyətləri açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, noyabrın 5-13-də Serbiyanın Novi Sad şəhərində keçiriləcək yarışda ölkəmizi yalnız yığmamızın üzvləri təmsil etməyəcəklər.

Belə ki, qadınların turnirində mübarizə aparacaq "Odlar Yurdu"nu görüşlərə kapitan kimi Fikrət Sideyfzadə aparacaq. O, Novi Sadda həmyerlilərimiz - Zeynəb Məmmədyarova (2338), Gülnar Məmmədova (2364), Nərmin Kazımova (2323), Günay Məmmədzadə (2371) və Aydan Höccətova (2316) "beşliyi"nə güvənəcək.
 
Komandamız orta reytinqinə əsasən çempionata gələcək 17 klub arasında 5-cidir - 2349 xal. Yarışın reytinq-favoriti isə Monakonun "Monte-Karlo" klubudur (2552). Bu komandanın heyəti Hou Yifan (Çin, 2649), Pia Kramlinq (İsveç, 2464), Almira Skripçenko (2456, Fransa), Mariya Muziçuk (2532) və Anna Muziçuk (hər ikisi Ukrayna, 2561) kimi qrossmeysterlərdən təşkil olunub.
 
Kişilərin yarışına qatılacaq "Odlar Yurdu" üçün isə hələlik 8 şahmatçı sifariş edilib. Bunlar Rauf Məmmədov (2678), Arkadi Naydiç (2684), Eltac Səfərli (2694), Teymur Rəcəbov (2710), Nicat Abasov (2565), Vasif Durarbəyli (2608) və Qədir Hüseynov (2629) milli üzvü olsa da, Emil Sutovski (2620) legionerdir. Lakin əslən bakılı qrossmeysterin yarışda kapitan olması da istisna deyil. Çünki hələ rəsmi məşqçi açıqlanmadığından Sutovskinin "Odlar Yurdu"nda əvvəlki illərdə olduğu kimi yenə bu vəzifəni daşıması gözləniləndir. Orta reytinqi 2669 xal olan klubumuz 61 komanda arasında 8-cidir. Siyahıya 2744 xalla "Siberya" (Rusiya) başçılıq edir.
 
Maraqlı məqam isə Şəhriyar Məmmədyarovun (2762) yerli klubda deyil, ev sahiblərinin heyətində çıxış etməsidir. Yarışdan imtina edən SOCAR-ın sabiq lideri Serbiyanın "Sveti Nikolay Srpski" oynayacaq. O, komandasının birinci lövhəsində mübarizə aparacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/476974.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR