Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"İsmayıllıya gedib parçalanmış cəsədi çıxartdıq"

"İsmayıllıya gedib parçalanmış cəsədi çıxartdıq"

Date: 7 October 2016 13:05

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisi ilə birlikdə ərini güllələyib sonra doğrayaraq basdıran Lalə Mahmudova və sevgilisi Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə 27-ci Polis Bölməsinin əməkdaşı Rəhman İsmayılov ifadə verərək deyib ki, bölməyə Kamran Mahmudovun itkin düşməsi ilə bağlı məlumat daxil olub: "Buna görə Lalə xanımı çağırıb dindirdik. Söhbət elədik, özü cinayəti səmimi etiraf etdi. Sədinin də iş yerini dedi, onu da saxladıq. Sədi də meyidin yerini dedi. İsmayıllıya gedib parçalanmış cəsədi çıxartdıq. Bölmədə Laləyə heç bir təzyiq edilmədi".

Məhkəmə prosesi oktyabrın 24-də davam etdiriləcək.

Milli.Az


Tags:  İsmayıllıya gedib parçalanmış cəsədi çıxartdıq

RƏYLƏR


Top news