İnstagram-ın ən məşhur hicablı ulduzları - FOTO

İnstagram-ın ən məşhur hicablı ulduzları - FOTO
13:05 7 Oktyabr 2016
113 Maraqlı
Ölkə mətbuatı
A- A+

Son vaxtlar müsəlman xanım bloqerlər İnstagram-da fəallaşıblar. Bu hicablı xanımlar artıq fotoservisin ulduzlarına çevrilirlər.

Milli.Az bildirir ki, hicablı bloqerlər Qərb ölkələrində "çağdaş müsəlman qadın" anlamı ilə bağlı yanlış stereotipləri alt-üst edir, müsəlman xanımların dəblə geyinən, stillə geyinən olduqlarını göstərirlər.

İnstagram-ın ən məşhur, populyar hicablı bloqerlərinin reytinqini təqdim edirik.

1. Dian Pelanqi. Gənc indoneziyalı dizaynerin profilinin 4 milyondan artıq daimi təqibçisi var.

2. Diana Tokio. Britaniyada yaşayan müsəlman dizayner və modelyer Diana Tokio "Lazy Doll" brendinin banisi və sahibidir.

3. Həsana əl Yaqubi. ABŞ-ın Los-Anceles şəhərində yaşayan Həsana din, kulinariya və modadan yazır, fotolar paylaşır.

4. Saniyə Siddiqi. ABŞ-ın Nyu-Cersi ştatında yaşayan Saniyə də dizayner və mlodelyerdir.

5. İbtihac Muhəmməd. Amerikalı qılıncoynadan İbtihac dünya və Panamerika oyunlarının çempionudur. O, Rio-de-Janeyro Odimpiadasında da hicabla çıxış edərək Olimpiadalara hicabda qatılan ilk amerikalı idmançı oldu. İbtihac həm də "LouellaLove" moda brendinin sahibidir.

6. Mariya əl Siddiq. ABŞ-ın Alabama ştatında yaşayan Mariya fəşn-bloqerdir.

7. Əminə Xan. "Aminakin" kimi tanınan Əminə "Rearl-daisy" adlı onlayn hicab satışı dükanının sahibəsidir.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/476915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR