Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yük maşını minik avtomobili ilə toqquşdu: xəsarət alanlar var

Yük maşını minik avtomobili ilə toqquşdu: xəsarət alanlar var

Date: 7 October 2016 13:12

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Əfətli kənd yolunda qeydə alınıb.

"QAZel" markalı yük maşını və "VAZ 2106" markalı avtomobilin toqquşması nəticəsində yük maşınının aşdığı, dörd nəfərin xəsarət aldığı bildirilir.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb ediliblər.
 
Xəsarət alan şəxslər Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Tags:  Yük maşını minik avtomobili toqquşdu xəsarət alanlar var

RƏYLƏR


Top news