Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prokuror Bakıda qadını bıçaqlamaqda təqsirləndirilən şəxslərə cəza istəyib

Prokuror Bakıda qadını bıçaqlamaqda təqsirləndirilən şəxslərə cəza istəyib

Date: 7 October 2016 13:12

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda və quldurluq etməkdə təqsirləndirilən Qulu Abdullayevlə Kamran Cəfərzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuor çıxışında hər iki şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası oktyabrın 14-nə təyin edilib. Qeyd edək ki, hadisə ötən ilin noyabr ayının 3-də Ramana qəsəbəsi, Şuşa şəhərciyində baş verib. Həmin qəsəbədə yaşayan Aynur Teymurovaya evində bıçaq xəsarətləri yetirilib. Hadisədən sonra xəstəxanaya aparılan A.Teymurovanın həyatını xilas etmək mümkün olub. Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi və 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakinləri - 1998-ci il təvəllüdlü Q.Abdullayev və 1999-cu il təvəllüdlü K.Cəfərzadə tutulub. Q.Abdullayevlə K.Cəfərzadə Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və 181-ci (quldurluq) maddəsi ilə ittiham olunurlar.

Tags:  Prokuror Bakıda qadını bıçaqlamaqda təqsirləndirilən şəxslərə cəza istəyib

RƏYLƏR


Top news