"Azərbaycan üzərində qələbə mənim üçün ikiqat sevinc olar"

"Azərbaycan üzərində qələbə mənim üçün ikiqat sevinc olar"
13:17 7 Oktyabr 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

"Almaniya və Azərbaycanla oyunlarda iştirak etmək mənim üçün çox önəmlidir. Baş məşqçi şans versə, ikinci görüş mənim üçün əlamətdar olacaq".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Çexiya yığmasının yarımmüdafiəçisi Ladislav Kreyçi deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Almaniyanın qonağı olacaq çexiyalılar bundan 3 gün sonra Azərbaycan millisini qəbul edəcəklər. Yığmanın heyətində 28 oyun keçirmiş Kreyçi qarşıdakı hər iki matçda meydana çıxsa, millimizlə oyunda bu sayı 30-a çatdıracaq.
 
Yerli mətbuata danışan 24 yaşlı futbolçu bunu özü üçün yeni başlanğıc hesab edir: "Milli komandada hər oyun mənim üçün yeni başlanğıcdır və bunu yüksək dəyərləndirirəm. Hər iki görüşdə meydana çıxsam, Azərbaycanla matçda oyun sayım 30 olacaq. Yubiley oyununda qələbə qazanmaq mənim üçün ikiqat sevinc olar".
 
Yayda Fransada keçirilən Avropa çempionatından sonra bir neçə ulduz futbolçu - Tomaş Rositski, Yaroslav Plaşil, Petr Çex və David Lafata milli karyerasını başa vurub. Heyətdə aparılan yenidənqurma işləri ilə bağlı danışan Kreyçi indi daha böyük məsuliyyət daşıdıqlarını söyləyib: "İndi maraqlı vəziyyət yaranıb. Bilirik ki, üzərimizə düşən yük əvvəlkindən qat-qat çoxdur. Birlikdə çıxış etdiyim bəzi təcrübəli oyunçular yığmadan getdilər. Onlara öyrəşmişdik, təcrübələrindən faydalanırdıq. Amma hazırkı heyət də yaxşı futbolçulardan yığılıb. Bir-birimizə uyğunlaşdıqdan sonra daha güclü komanda olacağıq".
 
Qeyd edək ki, Çexiya - Azərbaycan oyunu oktyabrın 11-də Ostrava şəhərinin "Munisipal" stadionunda keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/476977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR