Tolik millət vəkilinə qarşı: "Yoxsa işiniz yalnız..."

Tolik millət vəkilinə qarşı: "Yoxsa işiniz yalnız..."
13:22 7 Oktyabr 2016
92 Ölkə
Ölkə mətbuatı
A- A+

"Hörmətli millət vəkili, verilişlər bağlansın, heç bir sosial problem işıqlandırılmasın, insanlara yalnız pozitiv yalançı xəbərlər verək? Azərbaycanda heç bir vətəndaşın problem yoxdur?"

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri  sosial şəbəkədə Tarix (Tolik) Əliyev aparıcı Xoşqədəm Hidayətqızını müdafiə edərkən yazıb. 

Xoşqədəm Hidayətqızının verilişində İmişlidə atanın qızını zəncirləyərək tövlədə saxlaması ilə bağlı süjet efirə gedib. Millət vəkili Aqiyyə Naxşıvanlı isə mətbuata açıqlamasında aparıcını şou yaratmaqda günahlandırıb. 

Tolik parlamentin Elm və təhsil komitəsinin üzvü olan millət vəkilinin fikirlərinə etirazını bu sözlərlə davam etdirib: "Siz komitə üzvü olaraq bu problemləri araşdırıb rayonlarda monitorinq aparmırsınızmı? Yoxsa işiniz yalnız xaricdə oxuyan imkanlı uşaqların ailəsinin problemlərini işıqlandırmaqdır? 

Mən bu ölkənin vətəndaşıyam və efirə baxıb öz cibimdən hansısa imkansıza əl tutmuşam. Bununla şou yaratmamışam.

Siz cibinizdən 500 manat verib, hansısa kimsəsizə nəsə etmisinizmi? Yox! Əgər o qızı tövlədən çıxarıb, həyata qaytarıblarsa, burada nə qəbahət var? Onun təhsili yoxdur. Bəlkə də təhsil alsaydı, millət vəkili olardı və kasıbların halına yanardı". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/477002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR