Norveç yığmasının Bakıya səfəri səs-küy yaratdı

Norveç yığmasının Bakıya səfəri səs-küy yaratdı
13:27 7 Oktyabr 2016
67 İdman
Ölkə mətbuatı
A- A+

Norveç Futbol Federasiyası ciddi tənqidə məruz qalıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, buna DÇ-2018-in seçmə mərhələsində rəqiblərimizdən olan Skandinaviya təmsilçisinin Bakıya səfəri səbəb olub.

Norveç yığmasının ölkəmizə çarter reysi ilə gəlməsi yerli mətbuat tərəfindən birmənalı qarşılanmayıb. Federasiya rəhbərliyinin əsas milliyə xərclədiyi pulun həddindən artıq olduğu vurğulanıb.
 
Norveç millisi Hitroudan Bakıya dünən gecə saatlarında birbaşa çarter reysi ilə gəlib. Skandinaviyalılar paytaxtımızda 5 ulduzlu "Hilton" otelində məskunlaşıblar. Norveç mətbuatı bunu da xüsusi vurğulayaraq, federasiya rəhbərliyinin bədxərclik etdiyini bildirib.
 
Lakin Norveç federasiyasından verilən açıqlamada narazılıq qəbul olunmayıb. Bildirilib ki, komandanın Bakıya çarter reysi ilə gəlməsi məsafənin uzaq olması ilə əlaqədardır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/477010.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR