Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur müğənni milyarderləri ələ saldı - VİDEO - FOTO

Məşhur müğənni milyarderləri ələ saldı - VİDEO - FOTO

Date: 7 October 2016 13:37

Britaniyanın və dünyanın ən populyar müğənnilərindən biri Robbi Piter Uilyams yeni mahnısında rusiyalı milyarderləri ələ salıb.

Milli.Az bildirir ki, 42 yaşlı Uilyams Facebook-dakı səhifəsində paylaşdığı "Party Like A Russian" mahnısında rusiyalı milyarderlərin əyləncə və toy "adət"lərini satiraya çevirib.

Adının tərcüməsi "Rusiyalı kimi əylən" olan mahnıda Uilyams oxuyur: "Stil və imici qorumaq üçün milyardlar xərcləməli, xırda pullarna kosmik stansiya tikməlisən. Sadəcə, hər şeyi edə bildiyin üçün. Rusiyalı kimi əylən, söhbətə son ver, başını itirmişsən təki rəqs et! Axı sən oliqarxsan..."

Robbi Uilyamsın dediyinə görə, son vaxtlar rusiyalı milyarderlərin övladlarının toyları, onların pulları sel kimi səpələmələri onu mahnını bəstələməyə sövq edib.

Milli.Az









Tags:  Məşhur müğənni milyarderləri ələ saldı VİDEO FOTO

RƏYLƏR


Top news