Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"ABŞ tez bir zamanda Fətullah Güləni Türkiyəyə təhvil verməlidir"

"ABŞ tez bir zamanda Fətullah Güləni Türkiyəyə təhvil verməlidir"

Date: 7 October 2016 13:37

"Türkiyə qısa müddət ərzində həm separatçı terrorçular, həm də FETÖ terroru ilə mübarizədə böyük uğurlar əldə edib".

Milli.Az virtualaz-a istinadən bildirir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Əli Rəsul Usul deyib.

Ə.Usul Fətullah Gülənin ABŞ-dan ekstradisiyası ilə bağlı aparılan danışıqlara da münasibət bildirib. O qeyd edib ki, ABŞ-ın bu məsələdə mövqeyi başa düşülən deyil: "Hesab edin ki, ABŞ-da bir terror təşkilatı var və bu təşkilatın lideri Türkiyədə yaşayır. Sizcə, belə bir şey mümkündür?! Ona görə də bu məsələdə ABŞ-ın mövqeyi başa düşülən deyil. ABŞ tez bir zamanda terror təşkilatının liderini Türkiyəyə təhvil verməlidir. Biz bunu gözləyirik. Gec-tez bu olacaq. Çünki ABŞ-ın başqa çıxış yolu yoxdur".

Milli.Az


Tags:  ABŞ tez zamanda Fətullah Güləni Türkiyəyə təhvil verməlidir

RƏYLƏR


Top news