“Sevil Massivi” MTK-nın rəhbər şəxslərinin məhkəməsində 700 zərərçəkmiş dindiriləcək

“Sevil Massivi” MTK-nın rəhbər şəxslərinin məhkəməsində 700 zərərçəkmiş dindiriləcək
13:42 7 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Sevil Massivi" Mənzil Tikinti Kooperativinin (MTK) təsisçisi Aynur Zeynalov, kooperativin direktoru Elçin İsmayılov, həmçinin digər təqsirləndirilənlər - Zabit Çələbiyev, Mirnamat Miradiyev, Səbinə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə 51 zərərçəkmiş dindirilib.
Həmin şəxslərdən 31-i dəyən ziyanın ödənilmədiyini və tələblərinin olduğunu qeyd ediblər.
Hakim bildirib ki, cinayət işi ilə bağlı hələ 700 zərərçəmiş ifadə verməlidir.
Məhkəmənin növbəti prosesi oktyabrın 14-nə təyin edilib.
Qeyd edək ki, 2014-cü ildə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı rəsmi açıqlamaya əsasən, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq zamanı kooperativin təsisçisi A.Zeynalovun, MTK-nın direktoru E.İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən onlar barəsində Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlanıb.
Məlum olub ki, "Sevil Massivi" MTK-nın məsul şəxsləri - A.Zeynalov və E.İsmayılov Abşeron rayon Hökməli bələdiyyəsinin sədri Mirnamat Miradiyevlə əldə etdikləri şifahi razılaşmaya əsasən, bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, eləcə də ayrı-ayrı şəxslərin mülkiyyətində olan "At yalı" və "Sonalı sahəsi" adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edərək həmin torpaqların vətəndaşlara faizsiz kreditlə satışını həyata keçiriblər. Vətəndaşlar tərəfindən isə həmin torpaq sahələrində layihə-smeta sənədləri olmadan, dövlət qeydiyyatına alınmadan 200 fərdi yaşayış evinin tikintisi həyata keçirilib. Kredit ödənişləri başa çatdıqdan sonra bələdiyyəyə məxsus olmayan sahələr bələdiyyə tərəfindən hərraca çıxarılmaqla satılaraq vətəndaşların adlarına rəsmiləşdirilib.
Bundan başqa, "Sevil Massivi" MTK tərəfindən qeyd olunan ərazinin təyinatına uyğun olmadan orada 100-dən artıq çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulub, həmçinin müvafiq dövlət qurumları ilə razılaşdırılmadan, o cümlədən qanunsuz olaraq aparılan tikinti işlərinin dayandırılması barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi xəbərdarlıqlarına məhəl qoymayaraq binaların 14-nün özülü qazılmaqla, onlardan 4-də ilkin tikinti işləri həyata keçirilib. Bununla belə, təyinatına görə örüş torpaqları olan həmin sahələrdə qanunsuz tikiləcək çoxmənzilli yaşayış binalarından vətəndaşlara mənzillər satılıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 162-1.1 (Əmək mühafizəsi qaydalarını pozma, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa), 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2 (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, əməllər ağır nəticələrə səbəb olduqda), 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə), 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Erməni model Meksikada dincəlir - FOTO

25 Aprel 2017 14:42

İsmayıl Əsədov rəis vəzifəsindən azad olunub

25 Aprel 2017 14:41

"Əslində, bizi fırladırlar, xalqı fırladırlar" - Deputat

25 Aprel 2017 14:37

"İnter" iki məşqçiyə 20 gün vaxt verib

25 Aprel 2017 14:37

Aktyorumuz festivalda qalib oldu - FOTO

25 Aprel 2017 14:37

ABŞ-ın “Tomahawk” raketi ilə silahlanan sualtı qayığı Cənubi Koreya sahillərinə yan alıb

25 Aprel 2017 14:36

Dünyanın ən çox qazanan saytları

25 Aprel 2017 14:36

16-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

25 Aprel 2017 14:35

Türkiyə Ali Məhkəməsindən referendumla bağlı RƏDD CAVABI

25 Aprel 2017 14:34

ABŞ İranı dağıtmaq üçün 20 bomba hazırladı - Yalvarsa da, İsrailə vermir

25 Aprel 2017 14:33

Alçanın bu faydalarına inanmayacaqsınız

25 Aprel 2017 14:33

Moskva kriminalının erməniləri - GİZLİ TARİX

25 Aprel 2017 14:32

Azərbaycan AŞPA-da Türkiyənin monitorinq prosesinə daxil edilməsinə qarşı çıxıb

25 Aprel 2017 14:32

Nazirlik Prezidentin yardımla bağlı sərəncamının icrasına başlayıb

25 Aprel 2017 14:31

Gələcək maşınlar ZİBİLDƏN HAZIRLANACAQ

25 Aprel 2017 14:28

Erotik "xalq nağılları", yaxud uşaqlarımız nə oxuyur? - FOTO

25 Aprel 2017 14:27

Valyutadəyişmə məntəqələri ilə bağlı

25 Aprel 2017 14:24

Övladını mediadan gizlədən yerli məşhurlar - SİYAHI

25 Aprel 2017 14:22

Milli Məclisdə SİQARET QADAĞASI

25 Aprel 2017 14:22

Valyutadəyişmə məntəqələri ilə bağlı TƏKLİF

25 Aprel 2017 14:17

Azərbaycana göz qişaları gətirmək mümkün olacaq

25 Aprel 2017 14:17

3-cü Dünya Müharibəsi başlayır?

25 Aprel 2017 14:17

“Xalq bilmir ki, pulunu hansı valyutada saxlasın” - DEPUTAT

25 Aprel 2017 14:14

Zamiqin yeni sevgilisi - İDDİA - FOTO

25 Aprel 2017 14:12

Bakı restoranında erməni mahnısı - "Kral TV"nin günahı

25 Aprel 2017 14:12

Türkiyə Ali Məhkəməsi ana müxalifətin şikayətini təmin etməyib

25 Aprel 2017 14:12

Neftçala sakininin sosial yardımı niyə kəsildi? - RƏSMİ CAVAB - FOTO

25 Aprel 2017 14:12

Meymun avtomobil ustasına çevrildi

25 Aprel 2017 14:10

Buynuz qişanın idxalı və transplantasiyasına icazə verildi

25 Aprel 2017 14:09

Siyavuş Novruzov: “Çoxlu sayda insanlarımız işsiz qalıb, pullar qara bazarda fırlanıb”

25 Aprel 2017 14:08

Trampdan Avropaya QADAĞA

25 Aprel 2017 14:08

Azərbaycan çempionatının oyunu zamanı qalmaqal baş verib

25 Aprel 2017 14:07

Azərbaycanda ilk rübdə 43 özəlləşdirmə hərracı keçirilib

25 Aprel 2017 14:06

"Kumirim Andrey Şevçenkodur"

25 Aprel 2017 14:05

Peşəkar kikboksçu: "Ölkəmizin uğurları idmançılara böyük stimuldur"

25 Aprel 2017 14:05

Heydər Əliyev Sarayında “Mənim Azərbaycanım” konserti və "Koroğlu" baleti nümayiş olunacaq

25 Aprel 2017 14:01

Milli Məclisin foyesində siqaret çəkmək qadağan olunub

25 Aprel 2017 14:01

"Diriliş Ertuğrul"un bu həftə yayımlanmama səbəbi məlum olub

25 Aprel 2017 14:01

"Exchange"lər fəaliyyətini bərpa edir

25 Aprel 2017 13:59

Qan qrupuna görə insanın xasiyyəti

25 Aprel 2017 13:57

Dolların YENİ MƏZƏNNƏSİ

25 Aprel 2017 13:54

Bakı metrosunda təhlükəsizlik gücləndirilir

25 Aprel 2017 13:52

Parlament Azərbaycanda fiziki şəxslərin "exchange" açmasına imkan verən qanun layihəsini təsdiqləyib

25 Aprel 2017 13:52

Boksçularımız Ukraynadan 3 medalla qayıdırlar

25 Aprel 2017 13:52

Komitə sədri: “İllərlə “qadın peşəsi”, “kişi peşəsi” adı altında ixtisasların ayrılması genefonda mənfi təsir edə bilər”

25 Aprel 2017 13:52

Bakıda əri qardaşı tərəfindən öldürülən qadın ifadə verib: "Mahirin pulu olmadığı üçün məni ona vermək istəmədilər"

25 Aprel 2017 13:51

Metropolitendə təhlükəsizlik gücləndirilir - İslamiada ilə bağlı

25 Aprel 2017 13:49

Məşhur aktrisa keçəl oldu - FOTOLAR

25 Aprel 2017 13:48

"İçerde" yenidən zirvədə - SİYAHI

25 Aprel 2017 13:47

Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb

25 Aprel 2017 13:47