Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Əvvəlki günlərə baxanda indi yaxşıyam"

"Əvvəlki günlərə baxanda indi yaxşıyam"

Date: 7 October 2016 13:42

"Qarabağ"la Gəncədə keçirilən çempionat oyununda zədələnərək sıradan çıxan "Kəpəz"in futbolçusu Şəhriyar Əliyev özünü yaxşı hiss edir. MRT müayinəsindən keçdikdən sonra aldığı xəsarətin ciddi olduğu müəyyənləşən müdafiəçinin 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilmişdi. Diz oynağının kollarateral bağı zədələnən futbolçunun müalicəsi davam etdirilir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Şəhriyar durumu ilə bağlı klubun rəsmi saytına açıqlama verib: "Əvvəlki günlərə baxanda indi yaxşıyam. Gəzə bilirəm, amma müəyyən ağrılar var. Gündə iki dəfə həkimə gedib-gəlirəm. Ayağıma güc düşəndə diz qoruyucusundan istifadə edirəm. Düşünürəm ki, gələn həftə məşqlərə başlaya biləcəm. Düzdür, bu yöndə son sözü həkimlər deyəcəklər. Yəqin ki, ilk dövrlər onların tövsiyəsinə uyğun olaraq fərdi şəkildə yüngül formada hazırlıq keçəcəyəm". 

Milli.Az


Tags:  Əvvəlki günlərə baxanda indi yaxşıyam

RƏYLƏR


Top news