"Azersun" şəkər istehsalında yerli xammalı 50%-ə qaldırmaq niyyətindədir

"Azersun" şəkər istehsalında yerli xammalı 50%-ə qaldırmaq niyyətindədir
13:47 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Biz ilin sonunadək şəkər istehsalında yerli xammalı 45-50%-ə qaldırmaq niyyətindəyik. Dövlətdən də bununla bağlı dəstək gözləyirik". 
"Report" xəbər verir ki, bunu jurnalistlərə "Azersun Holding"in prezidenti Abdulbari Goozal deyib.
Onun sözlərinə görə, şirkət məhsullarının yalnız 15%-i yerli məhsuldur.
A.Goozal deyib ki, rəhbərlik etdiyi şirkət "Azerçay" brendini dünyada tanıdıb: "Mən ruhən sosialist, amma əməldə kapitalistəm. Hər zaman zəhmətlə nəyəsə nail oldum. Biz hamımız bir gəmidəyik. O gəmini su alsa, hamımız gedəcəyik. Türkiyədə Turqut Özal deyirdi ki, dollarımız yoxdur. Ona görə də istehsal edib, özümüz yeyəcəyik".
"Azərsun Holding"in prezidenti vurğulayıb ki, artıq bütün dünyada Azərbaycanın adı tanınır: "Ölkəmiz, rəhbərimiz doğru yoldadır. Biz hamımız qardaşıq. Əl-ələ verib çalışmalıyıq".

Xəbərin orijinal ünvanı: http://report.az/ask/azersun-seker-istehsalindan-xammali-50-e-qaldirmaq-niyyetindedir1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR