Bir xal bizim, qalanı...

Bir xal bizim, qalanı...
13:52 7 Oktyabr 2016
53 İdman
Ölkə mətbuatı
A- A+

Sabah DÇ-2018-in seçmə mərhələsinin UEFA zonasının C qrupunda II turun qarşılaşmaları keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan yığması Norveç millisi ilə görüşəcək. 

Komandamız tsikldə ilk ev oyununa çıxacaq. İlk turda San-Marinodan minimal hesablı qələbə ilə qayıdan Robert Prosineçkinin yetirmələri skandinaviyalılarla görüşə liderlik iddiası ilə başlayacaqlar.
 
Belə ki, yığmamız uduzmasa, ən azı bir neçə saatlıq turnir cədvəlinin vahid lideri olacaq. Bu, Bakıdakı görüşün qrupdakı digər matçlardan daha tez başlaması ilə bağlıdır. Komandamızın uğurlu nəticə əldə edəcəyi halda, turu da zirvədə başa vurması istisna deyil. Lakin bunun üçün digər görüşlərin nəticələri də münasib olmalıdır.
 
Norveçə uduzmasa, millimiz tarixi nailiyyətə imza atacaq. Çünki indiyədək heç vaxt komandamız ilk iki oyunu məğlubiyyətsiz başa vurmayıb. AÇ-1996-dan seçmə mərhələlərdə iştirak edən millimiz üçün ən uğurlu start ilk iki oyunda 3 xalın qazanılması olub. Prosineçkinin yetirmələri üçün yeni rekorda imza atmağa 1 xal da yetərlidir.
 
Futbolçularımızın gerçəkləşdirə biləcəyi daha bir ilk Bakı Olimpiya Stadionu ilə bağlıdır. Ölkənin ən böyük idman qurğusunda 2-ci seçmə matçına çıxacaq komandamız burada ilk xalını qazanmağa iddialıdır. Ötən il İtaliyadan xal qopara bilməyən millimiz skandinaviyalılarla görüşdə ilk qələbə, ən azı isə ilk xalı əldə etməyə çalışacaq. Bu arenadakı qələbəsi yoldaşlıq oyununa təsadüf edən yığmamız DÇ yolundakı xal hesabını da artırmaq əzmindədir.
 
Norveç millisinin qapısına vurulacaq qol da ilklə əlamətdar olacaq. Çünki indiyədək bu rəqiblə 3 dəfə qarşılaşan yığmamız hələ də qol həsrətindədir. Şimallılardan xal almağı bacaran komandamız qolsuzluğa doğma divarlar arasında son qoymaq niyyətindədi.
 
Rəqib düşərgədə ab-havanın ideal olmaması, baş məşqçi Per-Matias Hoqmonun mümkün istefasının gündəmdən düşməməsi də yığmamızın lehinə olan məqamlardandır. Almaniyadan 3 cavabsız qol buraxan norveçlilərlə qarşılaşmalarda azarkeş dəstəyi də futbolçularımıza əlavə güc verəcək. Bundan yararlanmaq isə zəruridir. Çünki 3 gündən sonra Çexiyada, gələn ay Şimali İrlandiyada çətin səfər matçlarına çıxacaq komandamız xal hesabını indidən artırmalıdır. Üstəlik, Ostravaya yollanmazdan öncə əhval-ruhiyyənin də müsbət olması vacibdi.
 
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək sabahkı qarşılaşma saat 20:00-da start götürəcək.
 
DÇ-2018-in seçmə mərhələsi
UEFA zonası
 
C qrupu
II tur
8 oktyabr
20:00. Azərbaycan - Norveç

Baş hakim: Liran Liani
Baş hakimin köməkçiləri: David Elyas Bitton, Nissan Davidi
Dördüncü hakim: Eytan Şmuelevitz (hamısı İsrail)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)
UEFA nümayəndəsi: Çarles Şaak (Lüksemburq)
Bakı Olimpiya Stadionu
 

1

Almaniya

1

1

0

0

3-0

3

2

Azərbaycan

1

1

0

0

1-0

3

3

Çexiya

1

0

1

0

0-0

1

4

Ş.İrlandiya

1

0

1

0

0-0

1

5

San-Marino

1

0

0

1

0-1

0

6

Norveç

1

0

0

1

0-3

0

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/476976.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR