Avropa Parlamentindən Azərbaycana qarşı TƏXRİBAT - FOTO

Avropa Parlamentindən Azərbaycana qarşı TƏXRİBAT - FOTO
14:03 7 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Belçika hökuməti və Avropa Parlamenti Azərbaycana qarşı təxribat xarakterli addım atıb.

Publika.az xəbər verir ki, Belçika hökuməti Brüsseldə separatçı və tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın “xarici işlər naziri” Karen Mirzoyan və bir qrup erməni “millət vəkilləri” - David Melkumyan və Hayk Khanumyan ilə “rəsmi” görüşlər təşkil edib.

Səfər çərçivəsində separatçı erməni nümayəndə heyəti Brüsseldə Avropa Parlamentinin Ermənistan ilə Dostluq Qrupunun rəhbəri Eleni Teokharus və qrup üzvləri ilə də görüşüblər.

Görüş zamanı Avropadan olan bir sıra deputatlar, həmçinin Frank Engel adlı ermənipərəst separatçılara açıq dəstək verməkdən belə çəkinməyib. Frank Engel iddia edib ki, Belçika parlamentində “Dağlıq Qarabağ Respublikası Dostluq Qrupu” fəaliyyət göstərir. O, həmin “qrupun” rəhbəri olduğunu da söyləyib.

Səfər çərçivəsində Frank Engelin təşkilatçılığı ilə separatçı nümayəndə heyətinin Avropa Parlamentinin binasında “Qeyri-sabit “Dağlıq Qarabağ Respublikasının” 25 ili” adlı dəyirmi masa təşkil edilib. Həmin tədbirdə qeyd olunub ki, Azərbaycan ordusu öz silah arsenalını sürətlə genişləndirir. Tədbirdə iştirak edən erməni separatçıları Azərbaycan ordusunun qüdrətlənməsindən ciddi narahatçılıq keçirdiklərini də etiraf edib.

Daha sonra separatçı şəxslər “Azərbaycan ordusu Qarabağda yaşayan ermənilərə gün vermir, güclü silahlara malikdir və müharibəyə hazırlaşır. Nədənsə, dünya birliyi Azərbaycana qarşı addım atmır”, - deyə çağırış ediblər.

Separatçılar Brüsseldə yerləşən “İnqilabçı Daşnaksutyun partiyası” terror təşkilatının ofisini də ziyarət edərək, sözügedən təşkilatın rəhbəri olan Kaspar Garabedyanla görüşüblər. Görüş zamanı Karen Mirzoyan bir daha etiraf edib ki, bu cür görüşlərin təşkil olunmasında Avropa Parlamentinin yüksək vəzifəli şəxsləri və deputatları yaxından dəstək verir. O, buna görə həmin şəxslərə təşəkkür edib.

Qeyd edək ki, sözügedən səfər zamanı separatçı nümayəndə heyətini onlarla erməni jurnalisti, o cümlədən Türkiyədən fəaliyyət göstərən “Agos” qəzetinin nümayəndəsi müşayiət edib.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR