Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tanınmış serial aktrisasına xərçəng şoku

Tanınmış serial aktrisasına xərçəng şoku

Date: 7 October 2016 14:06

İngiltərədə yayımlanan "Emmerdale" adlı serialın keçmiş aktrisalarından olan Leah Braknel ağciyər xərçənginə tutulub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bir müddətdir yoqa müəllimi kimi işləyib pul qazanan Braknel xəstəliyi haqda danışıb:

"Beş həftə əvəl özümü əla hiss edirdim. Yoqa öyrətməyə davam edirdim. Həyatımda yeni başlanğıclar var idi. Amma dünyanın başqa planları varmış...

Pilləkənlə çıxarkən nəfəs ala bilmədiyimi hiss etdim. Qarnım şişməyə başladı, bir neçə gün ərzində hamilə qadınlar kimi görünürdüm".

Bundan sonra daha da pisləşən Braknel xəstəxanaya aparılıb. Ürəyinin ətrafında su yığıldığı məlum olan aktrisa müalicələrə başlayıb. 52 yaşlı Leah xəstəliyin ən ağır mərhələsində ondan xəbər tutub. Həkimlər artıq vəziyyətin pis olduğunu desələr də, aktrisa ümidini itirmir və xəstəliyə meydan oxumağa hazır olduğunu bildirib.


Tags:  Tanınmış serial aktrisasına xərçəng şoku

RƏYLƏR


Top news