Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İran XİN-in nümayəndəsi: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik"

İran XİN-in nümayəndəsi: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik"

Səfir: “Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır” (10 Mart 2017 16:12)
"Bosniya və Herseqovina Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir" (10 Mart 2017 08:27)
Prezident: "Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həlli istiqamətində səylərinə görə İrana minnətdarlq" (05 Mart 2017 18:07)

Tarix: 7 Oktyabr 2016 14:17

"Biz asan regionda yaşamırıq. Bizim üçün müharibə, işğal gündəlik reallıqdır. Bir milyon insan Azərbaycanda qaçqın və məcburi köçkündür".

Milli.Az APA-ya istinadən bildirir ki, bu sözləri İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Tədqiqat və Təhsil Mərkəzinin rəhbəri Seyed Kazem Sajjadpour "Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib. O bildirib ki, hər il 1 milyona qədər azərbaycanlı İrana səfər edir: "Bu da insanlar arasında münasibətlərin əsasını təşkil edir. Azərbaycan və İran prezidentləri son 3 ildə 7 dəfə görüşüblər. Görüşlər göstərir ki, İran və Azərbaycan arasında birgə yaşayış və əməkdaşlıq yüksək səviyyədədir. İran sanksiyalarla üzləşəndə Azərbaycan bizimlə əməkdaşlıq siyasəti həyata keçirirdi. Əsl dost çətin zamanda üzə çıxır. İranla Azərbaycan regionda sabitliyin iki mənbəyidir. İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir".

Milli.Az


Teqlər:  İran XİN-in nümayəndəsi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik



RƏYLƏR


Top xəbərlər