Bakıda İkinci Dünya müharibəsi iştirakçısının medalları oğurlanıb

Bakıda İkinci Dünya müharibəsi iştirakçısının medalları oğurlanıb
14:17 7 Oktyabr 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Rusiya Federasiyasının Moskva şəhərində yaşayan 1958-ci il təvəllüdlü Yuriy Ağayev Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edib.
“Report”un məlumatına görə, o, müraciətində bildirib ki, atası 1925-ci il təvəllüdlü İbrahim Ağayevə məxsus müharibə ordenləri və döyüş təltifləri Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsi ev 50 mənzil 1 ünvanından oğurlanıb.
Müdafiə Nazirliyi öz növbəsində faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Araşdırma aparılır.
Qeyd edək ki, İ.Ağayev İkinci Dünya müharibəsinin iştirakçısı olub.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-i-kinci-dunya-muharibesi-istirakcisinin-medallari-ogurlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR