Bakının Xətai rayon sakinlərindən biri Milli.Az-a müraciət edərək Qaçaq Nəbi küçəsindəki parkın bərbad vəziyyətdə olduğunu və hələ iki il əvvəl Xətai Rayon İcra Hakimiyyəti tərəfindən söz verilməsinə baxmayaraq, problemin həlli ilə bağlı heç bir iş görülmədiyini bildirib:
"2014-cü ildə sizə məktub yazaraq Bakının Xətai rayonunun Qaçaq Nəbi küçəsində (34 saylı Polis Bölməsinin arxası, 287 saylı "Zəkalar" liseyinin yanında) yerləşən yarımçıq qalmış, bərbad vəziyyətdə olan park haqqında məktub göndərmişdim. Bildirmək istəyirəm ki, həmin park yenə də eyni ilə bərbad vəziyyətdə qalmaqda davam edir.
Baxmayaraq ki, Xətai Rayon İcra Hakimiyyətindən Milli.Az-a bildirilmişdir ki, həmin parkın əsaslı təmir olunması planda var və həmin ilin ikinci yarısından parkda təmir işlərinə başlanacaq, lakin Xətai Rayon İcra Hakimiyyəti tərəfindən heç bir tədbir görülməmişdir".