Əməkdar artist: "Bu heç vaxt olmayacaq" - FOTO

Əməkdar artist: "Bu heç vaxt olmayacaq" - FOTO
14:22 7 Oktyabr 2016
67 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist tanınmış müğənni Tünzalə Ağayeva ilə ayaqüstü, qısa söhbət etdik. 

Milli.Az primetime.az-a istinadən bildirir ki, söhbətiin mövzusu imic ilə bağlı olub:

- Tünzalə xanım fərqli imicə sahibsiniz. Adınız hər zaman zövqlülər sırasındadır...

-Şükür Allaha, zövq barəsində kasadlığım yoxdur. Gündəlik geyimlərimi yalnız özüm seçirəm. Konsertlər, klip çəkilişləri, özəl layihələrdə tanınmış modelyer, yaxın rəfiqəm Gülnarə Xəlilovanın kolleksiyalarına müraciət edirəm.

- Siz həm də ölkə xaricinə tez-tez səfər edən müğənnisiz. Yəqin ki, şoppinq etməyi də sevirsiz. Ümumiyyətlə, alış-veriş həyatınızda hansı yeri zəbt edib və bu yolda nə qədər pul xərcləyirsiniz?

- Hansı qadın alış-verişi sevmir ki? Cibimdəki puluma görə addım atıram. Heç vaxt bədxərclik etmirəm. Ölkə xaricindən hansı əşyanı, aksessuarı Bakıda tapa bilməyəcəmsə, onu alıram. Nə qədər vəsait xərcləməyimə gəldikdə isə bəzən 10.000 AZN-ə qədər xərcim çıxıb. İndi elə dövrdə yaşayırıq ki, bacardığımız qədər qənaətcil olmalıyıq. Yüz ölçüb, bir biçmək lazımdır. Əvvəl bir günə 3 ayaqqabı almağı düşünürdümsə, indi bir ayaqqabı ilə 3-4 geyimi uyğunlaşdırıram.

- Tünzalə xanım, son illərdə sizi yalnız qısa saçlarla görürük. Sizi nə vaxtsa uzun saçda görə biləcəyik?

-Yox, heç vaxt. Qısa saç mənim tərzimdir. Ancaq kəsimi, rəngi dəyişə bilər. Uzun saç mənə yaraşmır.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/476997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR