Bakıda müharibə iştirakçısının medalları oğurlandı

Bakıda müharibə iştirakçısının medalları oğurlandı
14:28 7 Oktyabr 2016
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyasının Moskva şəhərində yaşayan 1958-ci il təvəllüdlü Yuriy Ağayev Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edib.

O, müraciətində bildirib ki, atası 1925-ci il təvəllüdlü İbrahim Ağayevə məxsus müharibə ordenləri və döyüş təltifləri Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsi ev 50 mənzil 1 ünvanından oğurlanıb.

Müdafiə Nazirliyi öz növbəsində faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Araşdırma aparılır.

Qeyd edək ki, İ.Ağayev İkinci Dünya müharibəsinin iştirakçısı olub. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/171317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR